Təhsil xərcləri 8,7 faiz artırılacaq
Əsəd Abbaslı
Gələn il dövlət büdcəsində təhsil xərclərinə 4,945.8 milyon manat ayrılması proqnozlaşdırılır.
"Operativ Media" xəbər verir ki, bu, Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlamasında əksini tapıb.
Təhsil xərclərinin büdcədə xüsusi çəkisi 12,5 faiz olacaq.
Qeyd edək ki, 2024-cü ilin dövlət büdcəsində təhsil xərcləri 4 milyard 550 milyon 334 min 684 manat nəzərdə tutulub. Beləliklə, 2024-cü illə müqayisədə 2025-ci ildə təhsil xərcləri 8,7 faiz artırılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net