Menyu

KOB-ların 6-ci qrant müsabiqəsi elan edilir

Nərmin Qocamanlı
KOB-ların 6-ci qrant müsabiqəsi elan edilir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq, KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsi məqsədilə müsabiqə elan edir.

Şərtlər:

• Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və ya fiziki şəxslər iştirak edə bilərlər;

• Layihələr təhsil, elm, tədqiqat və dəstək sahələrindən birinə aid olmalıdır;

• Hər bir şəxs müsabiqə çərçivəsində yalnız 1 layihə təqdim etmək hüququna malikdir;

• Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır;

• Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Agentlik tərəfindən əlavə olaraq və ya təkrar maliyyələşdirilə bilməz;

• Müsabiqədə iştirak üçün tələb olunan sənədlər tam şəkildə təqdim olunmalıdır;

• Layihə çərçivəsində müəyyən edilmiş işlərin icrasına 15.12.2024-cü il tarixindən başlanılması nəzərə alınmalıdır;

• Müsabiqəyə təqdim edilən layihələr Azərbaycan dilində tərtib edilməlidir.

Ayrılan maliyyə vəsaitinin həcmi: Hər bir layihə üzrə maliyyələşdirilmə məbləğinin dəyəri maksimum 20 000 (iyirmi min) manat həcmində nəzərdə tutulur.

Layihə sənədlərinin qəbulu: 24 sentyabr 2024-cü il, saat 09:00-dan – 23 oktyabr 2024-cü il saat 18:00-dək (Qeyd: Müəyyən edilmiş vaxtdan əvvəl və ya sonra təqdim olunan layihə sənədləri qəbul olunmayacaqdır).

Müsabiqənin keçirilmə vaxtı: 25 oktyabr 2024-cü il – 25 noyabr 2024-cü il.

Müsabiqədə iştirak etmək istəyən KOB subyektləri aşağıdakı sənədlərlə 24 sentyabr 2024-cü il saat 09:00-dan – 23 oktyabr 2024-cü il saat 18:00-dək elektron formada ([email protected]) və ya kağız daşıyıcılarda birbaşa Agentliyə (Bakı şəhəri, Ziya Bünyadov 38C, 1969-cu məhəllə, “Bakı KOB evi”) müraciət edə bilərlər:

• Ərizə forması;

• Müsabiqəyə təqdim olunan layihə;

• Layihənin büdcəsinin maliyyə əsaslandırılması;

• KOB subyekti olan fiziki şəxsin, yaxud hüquqi şəxsin nümayəndəsinin şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədlərin surətləri;

• Müraciət edən hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının və nizamnaməsinin surətləri.

(Qeyd: müvafiq sənədləri aşağıdakı linkdən yükləyə bilərsiniz: https://smb.gov.az/az/nav/qrant)

Müsabiqənin nəticələri barədə məlumat 25 noyabr 2024-cü il tarixindən sonra KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.

Əlavə məlumat üçün: (+994 12) 404 04 01, 131 Çağrı Mərkəzi.

Teqlər:

"KOB-lar\u0131n 6-ci qrant m\u00fcsabiq\u0259si elan edilir"

Əlaqəli Xəbərlər