Menyu

22 sentyabrda Azərbaycana payız fəsli daxil olacaq

Nərmin Qocamanlı
22 sentyabrda Azərbaycana payız fəsli daxil olacaq

Payız fəsli Azərbaycana sentyabrın 22-si saat 16:43:36-da daxil olacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

Məlumata görə, bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınacaq.

Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayacaq.

Payız fəslinin uzunluğu 89 gün 20 saat 36 dəqiqə 54 saniyə olacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər