Menyu

Komitə sədri Ağcabədidə vətəndaşları qəbul edəcək

Nərmin Qocamanlı
Komitə sədri Ağcabədidə vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov sentyabrın 25-də Ağcabədi, Ağdam, Tərtər, Füzuli, Laçın və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

"Operativ Media" Dövlət Komitəsinə istinadən xəbər verir ki, qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyasının Ağcabədi Rayon Təşkilatının inzibati binasında (ünvan: Ağcabədi şəhəri, Heydər Əliyev prospekti 213 A) keçiriləcəkdir.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinə (əlaqə vasitələri: (050) 315 53 52, (021) 275 52 00, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.

Teqlər:

"Komit\u0259 s\u0259dri A\u011fcab\u0259did\u0259 v\u0259t\u0259nda\u015flar\u0131 q\u0259bul ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər