Menyu

Azərkosmos Çin şirkəti ilə əməkdaşlıq edəcək

Nərmin Qocamanlı
Azərkosmos Çin şirkəti ilə əməkdaşlıq edəcək

Azərkosmos və Çinin qlobal terminal istehsalçısı olan “StarWin” şirkəti arasında Azərbaycanda və regionda rabitə xidmətlərinin əhatəsini genişləndirmək məqsədilə müqavilə imzalanıb.

"Operativ Media" quruma istiandən xəbər verir ki, müqaviləyə əsasən, Azərkosmos müştərilərinə ənənəvi rabitə infrastrukturu olmayan uzaq bölgələrdə xidmət göstərəcək. Bu xidmətlər “Azconnexus” peyk internet platforması və “StarWin” mobil peyk terminalları vasitəsilə təmin ediləcək.

Qeyd edək ki, “StarWin” şirkətinin terminalları həm hərəkətdə (Communication on the Move), həm də stabil formada (Communication on the Pause) peyk rabitəsini təmin edən avadanlıqlardır.

Sözügedən terminallar hərəkətdə olan nəqliyyat vasitələrində dayanıqlı və kəsintisiz peyk rabitəsini təmin etmək imkanı yaradır. Stasionar halda peyklə əlaqənin qurulması üçün nəzərdə tutulan terminallar isə sürətli quraşdırılan və sökülən avadanlıqlardır. Bu terminalların üstünlüyü fövqəladə hallar zamanı çevik yayım üçün çox əlverişlidir. Bir sözlə, ekstremal hava şəraiti və ya ucqar ərazidə bu terminallar vasitəsilə sabit rabitəni təmin etmək mümkündür.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər