http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Bakıda ‘‘Beynəlxalq Kibertəhlükəsizlik Günləri’’ konfransı keçirilib - YENİLƏNİB

19 Sentyabr 2024 , 13:30
Bakıda ‘‘Beynəlxalq Kibertəhlükəsizlik Günləri’’ konfransı keçirilib - YENİLƏNİB

Bakıda növbəti – dördüncü ‘‘Beynəlxalq Kibertəhlükəsizlik Günləri’’ (ICSD-2024) konfransı keçirilib.

"Operativ Media" xəbər verir ki, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və "PROSOL" şirkətinin birgə təşkilatçılığı ilə ‘‘Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik’’ mövzusuna həsr olunan konfransda kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən yerli və xarici mütəxəssislərin, həmçinin dövlət qurumları, özəl müəssisəsə və təşkilatlarda bu sahəyə cavabdeh olan şəxslər iştirak ediblər.

Daha sonra  Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov və "PROSOL" şirkətinin İdarə heyətinin sədri Babək Ağayev tərəfindən press-konfrans keçirilib.

Konfrans işini sabah davam etdirəcək.

***
09:56

Cari ilin 19 sentyabr tarixində Bakıda “Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik” mövzusuna həsr olunmuş konfrans işinə başlayıb.

"Operativ Media" xəbər verir ki, “PROSOL” şirkətinin ev sahibliyi ilə həyata keçirilən tədbir çərçivəsində Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən ‘‘CTF – Capture the Flag’’ kibertəhlükəsizlik müsabiqəsi təşkil olunub.

Konfransda kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən yerli və xarici mütəxəssislər, həmçinin dövlət qurumları, özəl müəssisəsə və təşkilatlarda bu sahəyə cavabdeh olan şəxslər iştirak edirlər.

Qeyd edək ki, konfrans 2 gün ərzində davam edəcək.

Nərmin Qocamanlı

OXŞAR XƏBƏRLƏR
Rəsmi Bakı: ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi münasibətləri gərginləşdirməkdir

Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB

Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB

İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 22:12

    Pentaqon rəhbərinin İsrailə səfəri təxirə salınıb
  • 21:43

    Allahşükür Paşazadə Rus Pravoslav Kilsəsinin rəhbərinə Qarabağ xalçası hədiyyə edib
  • 21:29

    Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyət sakinlərin istifadəsinə verilib
  • 21:19

    Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
  • 21:00

    Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb - YENİLƏNİB
    Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb - YENİLƏNİB
  • 20:55

    I Liqa: "Qəbələ" 5 qolla qazandı
  • 20:48

  • 20:06

    Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB
    Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB
Menyu