Menyu

FHN Respublika Psixiatriya Xəstəxanasında maarifləndirmə tədbiri keçirib

FHN Respublika Psixiatriya Xəstəxanasında maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu barədə "Operativ Media"ya FHN-dən məlumat verilib.

Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları Bakı şəhəri, Sabunçu rayonunda yerləşən “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsdə yanğına qarşı maarifləndirmə tədbiri keçirib.

Tədbir zamanı yanğınların başvermə səbəbləri və qarşısının alınması yolları, yanğın zamanı zəruri davranış qaydaları, o cümlədən təxliyə barədə ətraflı məlumat verilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

Tədbirdə fövqəladə hadisələr barədə slaydlar nümayiş etdirilib, tədbir iştirakçılarına yanğına qarşı təbliğat xarakterli kitabça, plakat və yaddaş vərəqələri paylanılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər