Menyu

Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB

Əsəd Abbaslı
Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərində “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub.

"Operativ Media" xəbər verir ki, Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlət başçısına hoteldə yaradılacaq şərait barədə məlumat verdi.

Bildirildi ki, ümumi sahəsi 5 min kvadratmetrə yaxın olan hotel beş mərtəbə və zirzəmi qatından ibarətdir. Hoteldə müxtəlif tipli 44 otaq olacaq. Burada ən müasir iaşə məkanları - “lobby lounge”, kafe, açıq və qapalı restoranlar da fəaliyyət göstərəcək.

“Xankəndi” Mehmanxana Kompleksinə aid olan “Bulud” hoteldə 50 nəfərdən çox işçinin fəaliyyət göstərməsi nəzərdə tutulub.

Xankəndinin mərkəzində yerləşən “Bulud” hotelindən açılan gözəl mənzərə qonaqların zövqünü oxşayacaq.

***

19:42

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərində “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər