http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var

19 Sentyabr 2024 , 22:45
Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var

Astarada ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Operativ Media" xəbər verir ki, hadisə Astara rayonunun Motlayataq kənd vahidliyinə daxil olan Üləsi adlanan ərazidə qeydə alınıb.

Belə ki, minik avtomobili hərəkətdə olarkən, sürücü idarəetməni itirib və avtomobil 100 metr hündürlükdən dərəyə aşıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin Motlayataq kənd sakini 1981-ci il təvəllüdlü Mətləb Vaqif oğlu Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hadisə dağlıq ərazidə baş verib.

Şahin Şiriyev idarə etdiyi "Toyota" markalı avtomobillə hərəkətdə olarkən, idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Nəticədə sürücü dünyasını dəyişib. Avtomobildə olan sərnişin isə bədən xəsarətləri alıb. Araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu