Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA
Bildiyiniz kimi şəhərin bir çox yerlərində avtobuslar üçün zolaqlar təşkil olunub. Sürücü avtobus zolaqları ilə hərəkət edərsə cərimələnir. Sosial şəbəkədə vətəndaşlardan biri Xətai rayonu Xocalı prospektində zolaqlardan şikayətçi olub. O, Xocalı prospektində yolun solunun velosipedlərə, orta hissənin avtomobillərə, yolun sağ hissəsinin isə avtobuslar üçün ayrıldığını qeyd edib. Vətəndaş parkinq yerlərinin isə avtobus zolağından sonra olduğunu bildirib. Sürücü avtomobili parkinq edərkən məcburi sürətdə avtobus zolağına daxil olduqlarını bildirib. Bəs bu zaman sürücüyə cərimə yazılırımı, bu prospektəki nişanlanmalar düzgün təşkil olunub?
"Operativ Media" məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sorğu ünvanlayıb.
Agentlikdən sorğuya cavab olaraq bildirilib ki, AYNA tərəfindən Xətai rayonu Xocalı prospektində nişanlanmalar yenidən təşkil edilib:
"AYNA tərəfindən Xətai rayonu Xocalı prospektində nişanlanmalar yenidən təşkil edilib. Velosiped zolağı və parklanma yerləri saxlanılaraq avtomobillərin hərəkəti üçün zolaqların sayı 2-yə çatdırılıb. Parklanma yerlərinə giriş-çıxış üçün zolaqda yerlər də ayrılıb", - deyə AYNA məlumat verib.
Teqlər:
"X\u0259tai rayonu Xocal\u0131 prospektind\u0259 problemli olan ni\u015fanlanma yenid\u0259n t\u0259\u015fkil edilib - AYNA"