http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Bakı aeroportu payız mövsümündə 80-dən çox istiqamət təklif edir

20 Sentyabr 2024 , 12:31
Bakı aeroportu payız mövsümündə 80-dən çox istiqamət təklif edir

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə payız aylarında 80-dən çox istiqamətə səyahət imkanı təqdim edir.

"Operativ Media" hava limanına istinadən xəbər verir ki, hazırda 18-i aşağıbüdcəli olmaqla, 38 xarici aviaşirkət vasitəsilə dünyanın bir çox şəhərlərinə birbaşa uçuşlar həyata keçirilir.

Payız mövsümündə Avropanın əsas turizm məkanları sayılan Paris, Roma, Milan, Vyana, London, Barselona, Frankfurt, Berlin, Praqa, Budapeşt, Riqa və digər şəhərlərə reyslər təklif olunur. Yay mövsümündə isə zövq almaq istəyənlər üçün Dubay, Əbu-Dabi, Şarja və Şarm əl-Şeyx kimi məşhur dənizkənarı kurort şəhərlərinə uçuşlar həyata keçirilir. Asiya mədəniyyəti və təbiətini araşdırmaq arzusunda olan sərnişinlər isə Pekin, Urumçi, İslamabad, Kəraçi, Lahor, Dehli və Mumbay kimi maraqlı istiqamətlərə səyahət edə bilərlər.

Bundan əlavə, Bakı aeroportundan bu payız mövsümündə də İstanbul, Ankara, İzmir, Trabzon, Almatı, Astana, Daşkənd, Moskva, Sankt-Peterburq, Tbilisi və digər populyar şəhərlərə uçuşlar yerinə yetirilməkdə davam edəcək. Bu istiqamətlər həm turizm, həm də işgüzar səfərlər üçün geniş imkanlar təqdim edir.

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin komfortunu təmin etmək məqsədilə müasir xidmətlər, o cümlədən rahat bağlantılar və geniş marşrut şəbəkəsi təqdim edir. Sərnişinlərə səyahət planlarını öncədən quraraq, aviabiletləri müvafiq aviaşirkətlərin rəsmi saytlarından əvvəlcədən bron etmələri tövsiyə olunur. Bu, həm biletlərin əlçatanlığını təmin edəcək, həm də daha sərfəli qiymətlərdən faydalanmağa imkan yaradacaq.

OXŞAR XƏBƏRLƏR
Şəmkirdə 6 otaqlı ev yanıb

Şəmkirdə 6 otaqlı ev yanıb

“Burger King”in Azərbaycandakı françayzi cərimələnib

“Burger King”in Azərbaycandakı françayzi cərimələnib

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB 2

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB 2

XƏBƏR LENTİ
  • 14:33

    Şəmkirdə 6 otaqlı ev yanıb
  • 14:26

    “Burger King”in Azərbaycandakı françayzi cərimələnib
  • 14:18

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB 2
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB 2
  • 14:17

    Avropanın nəhəng klubları Meyson Qrinvudu transfer etmək istəyir
  • 14:10

    Türkiyə MN Azərbaycanı təbrik edib
  • 14:05

    Bakı-Qazax avtomobil yolunda qəza olub, ölən var
  • 13:51

    Media: Avropa Komissiyasının rəhbəri Ukraynaya 35 milyard avro kredit elan edəcək
  • 13:42

    Zaxarova: Moskva İrəvanla dialoqun tərəfdarıdır
Menyu