Menyu

Cəlilabadda ötən il mağazadan 30 min manat oğurlayan şəxs tutulub

Cəlilabadda ötən il mağazadan 30 min manat oğurlayan şəxs tutulub
1 dəq oxu

Cəlilabadda ötən il mağazadan pul oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, Cəlilabad Rayon Polis Şöbəsinə 2021-ci ilin iyun ayından cari ilin iyun ayınadək olan müddətdə şəhər ərazisindəki mağazaların birindən 30.000 manat pulun oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Əliabad kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş C.Mustafayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Əlaqəli Xəbərlər