Menyu

Agentlik: Bu ilin sonuna qədər 8700-ə yaxın şəxsə kənd təsərrüfatı üzrə aktivlər veriləcək

Agentlik: Bu ilin sonuna qədər 8700-ə yaxın şəxsə kənd təsərrüfatı üzrə aktivlər veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən yanvar-avqust aylarında 266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Bəs kənd təsərrüfatı istiqamətinə hansı addımlar atılıb?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi "Operativ Media"nın sorğusuna cavab olaraq bildirib ki, bu ilin sonuna qədər təxminən 8700 nəfərə kənd təsərrüfatı istiqaməti üzrə aktivlər verilməsi planlaşdırılıb.

"Bu ilin sonuna qədər 8700 nəfərə kənd təsərrüfati istiqaməti üzrə aktivlər verilməsi planlaşdırılıb. Bu proses hələ də davam edir". 

Qeyd edək ki, yanvar-avqust aylarında Agentlik tərəfindən 11 min işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, 138 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib.

Teqlər:

"Agentlik: Bu ilin sonuna q\u0259d\u0259r 8700-\u0259 yax\u0131n \u015f\u0259xs\u0259 k\u0259nd t\u0259s\u0259rr\u00fcfat\u0131 \u00fczr\u0259 aktivl\u0259r veril\u0259c\u0259k"

Əlaqəli Xəbərlər