http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

20 Sentyabr 2024 , 19:02
Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, sentyabrın 20-də Azərbaycan Ordusunun qoşun növləri, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində sentyabrın 20-də Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibəti ilə silsilə tədbirlər keçirilib.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Keçirilən tədbirlər zamanı müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusunun şəxsi heyətinə təbriki iştirakçıların diqqətinə çatdırılıb.
Çıxış edənlər bildiriblər ki, 1990-cı illərin əvvəllərindən başlayaraq Ermənistan Respublikası xarici havadarlarının köməyi ilə ölkəmizə qarşı işğalçılıq siyasəti həyata keçirərək torpaqlarımızın 20 faizini işğal etmiş, xalqımıza qarşı insanlıq əleyhinə cinayətlər apararaq şəhər və kəndlərimizi viran, təbii sərvətlərimizi isə talan etmişdir, eləcə də dövrümüzün ən dəhşətli faciəsi olan Xocalı soyqırımını törətmişdir.

Düşmənin növbəti hərbi təcavüz və təxribatlarının qarşısı 44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-da həyata keçirilən antiterror əməliyyatında alınaraq tarixi Zəfər qazanılmış, torpaqlarımız işğaldan azad olunmuşdur. Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.

Tədbirlər çərçivəsində Azərbaycan Ordusunun şəxsi heyəti, həmçinin şəhidlərimizin məzarlarını ziyarət edib, gül dəstələri düzərək xatirələrini hörmət və ehtiramla anıblar.

OXŞAR XƏBƏRLƏR
Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb

BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb

XƏBƏR LENTİ
  • 21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • 21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • 20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
  • 20:34

    Şolts Baydenin aqibəti ilə üzləşə bilər
  • 20:16

    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
  • 20:10

    Rusiya mənəvi dəyərlərinə dağıdıcı qaydalar tətbiq edən ölkələrin siyahısını təsdiqləyib
  • 20:01

    İsrail ordusu Beyrutda Hizbullah komandiri Aqilin öldürüldüyünü təsdiqləyib
  • 19:37

    BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb
    BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb
Menyu