Menyu

Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub

Nərmin Qocamanlı
Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub

Oğuz rayonunun Xaçmaz kəndində yerləşən evlərin birindən oğurluq edilib. Ev sahibi 2000 manat pulun, qızıl-zinət və məişət əşyalarının naməlum şəxs tərəfindən oğurlanması barədə polisə məlumat verib. 
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətmək şübhəli bilinən zərərçəkmişin həmkəndlisi, əvvəllər də məhkum olunmuş Polad İbrahimov saxlanılıb. O, oğurladıqlarının bir qismini Gəncə və Qəbələdə satdığını  bildirib. 
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə P.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər