Menyu

Məhkəmə Almaniyanın Azərbaycandakı rəsmi distrübüteri olan şirkəti cərimələyib

Nərmin Qocamanlı
Məhkəmə Almaniyanın Azərbaycandakı rəsmi distrübüteri olan şirkəti cərimələyib

Almaniyanın “Teka” firmasının Azərbaycandakı rəsmi distrübüteri olan “Az-Tex” MMC gömrük qaydalarını pozduğuna görə cərimələnib.

"Operativ Media"nın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 491.1-ci (Gömrük nəzarəti altında olan, o cümlədən şərti buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb. 

Hakim Şəfəq Məmmədovanın  sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin 30 faizindən 100 faizinədək məbləğdə cərimə edilir. 

Qeyd edək ki, “Az-Tex” MMC 2005-ci ildə təsis edilib. Məişət avadanlıqlarının idxalı və satışı ilə məşğul olan cəmiyyət Almaniyanın “Teka” firmasının Azərbaycandakı rəsmi distrübüteridir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər