Menyu

Avstriyada parlament seçkiləri keçirilir

Əsəd Abbaslı
Avstriyada parlament seçkiləri keçirilir
1 dəq oxu

Bu gün Avstriyada parlament seçkiləri keçirilir. 

"Operativ Media" xəbər verir ki, 6,3 milyon avstriyalı səsvermə hüququna malikdir.

Qeyd edək ki, bu ilin iyununda Avropa Parlamentinə keçirilən seçkilərdə radikal sağ Avstriya Azadlıq Partiyası qalib gəlib. Avstriya parlamentinə keçirilən seçkilərdə də diqqət bu partiyaya yönəlib. Sosioloji sorğulara əsasən, seçicilərin 28 faizə qədəri Avstriya Azadlıq Partiyasını dəstəkləyir. Bu partiyanı 25 faiz səslə mühafizəkar Avstriya Xalq Partiyası və 20 faiz səslə sosial-demokratlar izləyir.

Əlaqəli Xəbərlər