Azərbaycana gətirilən ukraynalı uşaqların sosial reabilitasiyası başa çatıb

admin
Azərbaycana gətirilən ukraynalı uşaqların sosial reabilitasiyası başa çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək düşərgələrə yerləşdirilən ukraynalı azyaşlıların sosial reabilitasiyası başa çatıb.

Bu barədə "Operativ Media"ya nazirlikdən xəbər verilib.

Bildirib ki, 15 günlük sosial reabilitasiya proqramı çərçivəsində mütəxəssislər tərəfindən azyaşlılar üçün emosional vəziyyətlərinin stabilləşməsi, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsi məqsədilə mütəxəssislərin iştirakı ilə müxtəlif tədbirlər, fərdi konsultasiyalar, ekskursiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, həmçinin digər ustad dərsləri təşkil edilib.

Qeyd edək ki, Ukraynadan Azərbaycana 29 uşaq gətirilmişdi.

Digər xəbərlər