Menyu

İsrail tezliklə Livanda quru əməliyyatına başlaya bilər

Əsəd Abbaslı
İsrail tezliklə Livanda quru əməliyyatına başlaya bilər
1 dəq oxu

İsrail ABŞ-a xəbərdarlıq edib ki, tezliklə Livanda qurudan hərbi əməliyyat keçirə bilər.

"Operativ Media" xəbər verir ki, bu barədə Amerika rəsmisinə istinadən The Washington Post (WP) məlumat yayıb.

Onun sözlərinə görə, hərbi kampaniyanın miqyası məhdud olacaq və İsrailin 2006-cı ildə Livanın şiə Hizbullah hərəkatına qarşı əməliyyatından kiçik olacaq.

Rəsmi qeyd edib ki, yəhudi dövləti İsrailin sərhəd bölgələrinin sakinləri üçün təhlükəni aradan qaldırmaq üçün sərhəd boyu Hizbullah infrastrukturunun məhvinə diqqət yetirəcək.

Bundan əvvəl The Wall Street Journal mümkün yerüstü işğalın bu həftənin əvvəlində baş verə biləcəyini yazmışdı.

Əlaqəli Xəbərlər