Rusiyanın Baş naziri Mişustin Ermənistana səfər edib
Əsəd Abbaslı
Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin Ermənistana səfər edib.
"Operativ Media" xəbər verir ki, Rusiya Nazirlər Kabineti rəhbərinin təyyarəsi Zvartnots hava limanına enib.
Oktyabrın 1-də Mişustin Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin digər hökumət başçıları ilə birlikdə Avrasiya Hökumətlərarası Şurasının iclasında və Avrasiya İqtisadi Forumunun (EEF) plenar iclasında iştirak edəcək.
Rusiyanın baş naziri Aİİ ölkələrindən olan həmkarları ilə birlikdə sənaye əməkdaşlığı sahələrini, xüsusilə idxalın əvəzlənməsi məsələlərini müzakirə edəcək.
EEF-in plenar sessiyası müasir reallıqlarda rəqəmsallaşmaya həsr olunacaq.
Teqlər:
"Rusiyan\u0131n Ba\u015f naziri Mi\u015fustin Erm\u0259nistana s\u0259f\u0259r edib"