Menyu

İslami Cihad İsrailin cənubundakı Aşkelon şəhərinin atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürüb

Əsəd Abbaslı
İslami Cihad İsrailin cənubundakı Aşkelon şəhərinin atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürüb
1 dəq oxu

Fələstinin "İslami Cihad" radikal təşkilatı İsrailin cənubundakı Aşkelon şəhəri və ətrafının atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürüb.

"Operativ Media" xəbər verir ki, Müvafiq bəyanat hərəkatın hərbi qanadı - Saraya əl-Qüds qrupunun rəsmi Telegram kanalında dərc olunub.

Mətndə deyilir: “Biz Aşkelon və Qəzza zolağı ilə sərhəddə yerləşən digər İsrail yaşayış məntəqələrinə raket hücumu həyata keçirdik."

Fələstinin HƏMAS radikal hərəkatının silahlı tərəfdarlarının 2023-cü il oktyabrın 7-də Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 240-dan çox insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.

Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və oğurlananların hamısını azad etmək məqsədi ilə anklavda hərbi əməliyyata başlayıb.

Əlaqəli Xəbərlər