http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Britaniyanın Baş naziri aparat rəhbərini istefaya göndərib

06 Oktyabr 2024 , 19:34
Britaniyanın Baş naziri aparat rəhbərini istefaya göndərib

Böyük Britaniyanın Baş naziri Kir Starmer son həftələr Leyboristlər hökumətini sarsıdan çoxsaylı qalmaqallar fonunda aparat rəhbəri Syu Qreyi istefaya göndərib.

"Operativ Media" xəbər verir ki, bu barədə Hökumətin Ofisi məlumat yayıb.

Qreyi Starmerin hazırkı baş müşaviri Morqan Maksvinni əvəz edəcək. Keçmiş aparat rəhbəri isə Baş nazirin regionlarla əlaqə üzrə nümayəndəsi postunu tutacaq.

Britaniya mətbuatının yazdığına görə, Qrey Leyboristlərin seçkilərdə böyük qələbə çalmasından sonra həmkarları ilə məhsuldar əlaqələr qura bilməyib. "The Guardian" qəzetinin yazdığına görə, Qreyi hökumətin kursunun formalaşmasında həddən artıq çox səlahiyyətlər götürməkdə, həmçinin Starmerin reytinqlərinin kəskin azalmasında günahlandırırlar.

Qeyd edilir ki, üç ay əvvəl hakimiyyətə gələn yeni Baş nazirin populyarlığı büdcədə “qara dəlik” yarandığı üçün əksər pensiyaçılar üçün yanacaq ödənişlərini ləğv etmək qərarı fonunda sürətlə aşağı düşüb.

OXŞAR XƏBƏRLƏR
İran uçuşları ləğv edib

İran uçuşları ləğv edib

Almaniya Türkiyəyə silah ixrac edəcək

Almaniya Türkiyəyə silah ixrac edəcək

Slovakiya Baş naziri: Qərb Ukraynada münaqişənin davam etməsini istəyir

Slovakiya Baş naziri: Qərb Ukraynada münaqişənin davam etməsini istəyir

XƏBƏR LENTİ
  • 22:00

    Azərbaycan millisinin heyətində dəyişiklik oldu
  • 21:58

    Azərbaycan PL: "Qarabağ" səfərdə "Sumqayıt"ı məğlub etdi
  • 21:23

    Sərəncama götürülən əfsanəvi general Mayis Bərxudarov kimdir?
    Sərəncama götürülən əfsanəvi general Mayis Bərxudarov kimdir?
  • 21:07

    Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib
  • 21:00

    Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb
    Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb
  • 20:44

    Göygöldə qəza olub, xəsarət alanlar var
  • 20:17

    İran uçuşları ləğv edib
  • 19:59

    Azərbaycan PL: "Turan Tovuz" "Zirə"ni əliboş yola saldı
Menyu