Slovakiya Baş naziri: Qərb Ukraynada münaqişənin davam etməsini istəyir
Əsəd Abbaslı
Qərb ölkələri Rusiyanı zəiflətmək üçün Ukraynada münaqişənin davam etməsini istəyirlər.
"Operativ Media" xəbər verir ki, bu barədə Slovakiya Baş naziri Robert Fitso bildirib.
“Qərb Ukraynada müharibə istəyir”, – o vurğulayıb.
Hökumət başçısı hesab edir ki, münaqişə Qərbin dəstəyi ilə “rusları diz çökdürmək” məqsədilə davam edir.
Qeyd olunur ki, baş nazir tezliklə atəşkəs və sülh sazişinin bağlanmasında israr edir və vəziyyətin hərbi vasitələrlə həll edilə bilməyəcəyinə, daha da gərginləşmənin isə yalnız hər iki tərəfdən çoxsaylı qurbanlara səbəb olacağına əminliyini ifadə edir.
Teqlər:
"Slovakiya Ba\u015f naziri: Q\u0259rb Ukraynada m\u00fcnaqi\u015f\u0259nin davam etm\u0259sini ist\u0259yir"