http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Almaniya Türkiyəyə silah ixrac edəcək

06 Oktyabr 2024 , 19:59
Almaniya Türkiyəyə silah ixrac edəcək

Almaniya hökuməti uzun illərdən sonra ilk dəfə olaraq Türkiyəyə genişmiqyaslı silah ixracına razılıq verib. Tədarüklərin potensial dəyəri bir neçə yüz milyon avro olaraq qiymətləndirilir.

"Operativ Media" xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb.

Nəşrin məlumatına görə, Almaniyanın Federal Təhlükəsizlik Şurası Türkiyəyə alman silahlarının, o cümlədən Türkiyə Hərbi Dəniz Qüvvələri üçün 100 yer-hava raketi və torpedaların, həmçinin sualtı qayıqların və freqatların modernləşdirilməsi üçün avadanlıqların tədarükünə icazə verib.

İcazələr İqtisadiyyat Nazirliyinin Bundestaq (parlament) üçün hazırladığı siyahıda göstərilib. Sənədə əsasən, raket istehsalçısı MBDA Türkiyəni gəmilərin hava hücumundan müdafiəsi üçün 100 idarə olunan raketlə təmin edə bilər.

Təhlükəsizlik Şurası, həmçinin "ThyssenKrupp" sənaye konserninin hərbi dəniz bölməsindən 156 milyon avroya 28 "SeaHake" torpedasının tədarükünü təsdiqləyib.

OXŞAR XƏBƏRLƏR
İran uçuşları ləğv edib

İran uçuşları ləğv edib

Slovakiya Baş naziri: Qərb Ukraynada münaqişənin davam etməsini istəyir

Slovakiya Baş naziri: Qərb Ukraynada münaqişənin davam etməsini istəyir

Britaniyanın Baş naziri aparat rəhbərini istefaya göndərib

Britaniyanın Baş naziri aparat rəhbərini istefaya göndərib

XƏBƏR LENTİ
  • 22:00

    Azərbaycan millisinin heyətində dəyişiklik oldu
  • 21:58

    Azərbaycan PL: "Qarabağ" səfərdə "Sumqayıt"ı məğlub etdi
  • 21:23

    Sərəncama götürülən əfsanəvi general Mayis Bərxudarov kimdir?
    Sərəncama götürülən əfsanəvi general Mayis Bərxudarov kimdir?
  • 21:07

    Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib
  • 21:00

    Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb
    Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb
  • 20:44

    Göygöldə qəza olub, xəsarət alanlar var
  • 20:17

    İran uçuşları ləğv edib
  • 19:59

    Azərbaycan PL: "Turan Tovuz" "Zirə"ni əliboş yola saldı
Menyu