Hollandiya Ukraynaya 24 ədəd F-16-dan ilk partiyasını təhvil verib
Əsəd Abbaslı
Hollandiya Kiyevə tədarük edəcəyinə söz verdiyi 24 ədəd F-16 qırıcısının ilk partiyasını təhvil verib.
"Operativ Media" xəbər verir ki, ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumatda qalan təyyarələrin də yaxın aylarda təhvil veriləcəyi bildirilib.
Ukrayna Silahlı Qüvvələri ABŞ-dan 900 kilometrə qədər məsafədə hədəfləri vura bilən "JASSM" raketlərini tədarük etməyi xahiş edib.
Buna cavab olaraq, ABŞ rəsmiləri Ukraynaya mühərriki olmayan “JSOW” raket sistemlərini, yəni “AGM-154 Joint Standoff Weapon” raketlərini təklif edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net