Menyu

Lukaşenko dronlara qarşı xüsusi texnika və silahlardan istifadəyə icazə verib

Əsəd Abbaslı
Lukaşenko dronlara qarşı xüsusi texnika və silahlardan istifadəyə icazə verib

Belarus prezidenti Aleksandr Lukaşenko müxtəlif növ pilotsuz uçuş aparatlarına qarşı fiziki güc, xüsusi texnika və silahların tətbiqinə icazə verən fərman imzalayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

“Sənəd təkcə təyyarə modellərinə və PUA-lara deyil, həm də pilotsuz uçuş aparatlarına, pilotsuz aparatlara, o cümlədən sualtı və yerüstü gəmilərə münasibətdə fiziki qüvvədən, xüsusi vasitələrdən, silahlardan, hərbi və xüsusi texnikadan istifadə hüququnun normativ şəkildə möhkəmləndirilməsi məqsədilə qəbul edilib.”, - mesajda deyilir.

Teqlər:

"Luka\u015fenko dronlara qar\u015f\u0131 x\u00fcsusi texnika v\u0259 silahlardan istifad\u0259y\u0259 icaz\u0259 verib"

Əlaqəli Xəbərlər