Menyu

ABŞ-da 14 milyondan çox insana su xidməti göstərən şirkətə kiberhücum edilib

Əsəd Abbaslı
ABŞ-da 14 milyondan çox insana su xidməti göstərən şirkətə kiberhücum edilib
1 dəq oxu

ABŞ-da 14 milyondan çox insana su xidməti göstərən şirkətə kiberhücum edilib.

"Operativ Media" xəbər verir ki, ölkənin ən böyük şirkəti olan American Water kiber hücuma məruz qaldığını açıqlayıb.

Şirkət verdiyi açıqlamada sistemdə icazəsiz fəaliyyət gördüklərini və dərhal bəzi sistemləri bağlamaq da daxil olmaqla qoruyucu addımlar atdıqlarını bildirib.

Səlahiyyətlilər, təhlükəsizlik bölmələrini də məlumatlandırdıqlarını və sistemlərin istifadəyə yararsız olduğu müddətdə müştərilərdən haqq-hesab alınmayacağı barədə məlumat paylaşdıqlarını qeyd edib.

Əlaqəli Xəbərlər