Menyu

Səfirlik: İsrailin Dəməşqə hücumu zamanı İran vətəndaşları xəsarət almayıb - YENİLƏNİB

Əsəd Abbaslı
Səfirlik: İsrailin Dəməşqə hücumu zamanı İran vətəndaşları xəsarət almayıb - YENİLƏNİB

İsrailin Dəməşqdəki binaya endirdiyi zərbə nəticəsində ölən və yaralananlar arasında İran vətəndaşları olmayıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə İranın Suriyadakı səfirliyi məlumat yayıb.

“Düşmən İsrail qorxaqcasına Dəməşqin mərkəzində mülki binaya raket atıb günahsız qadın və uşaqları öldürərək növbəti cinayəti törədib. Səfirlik bu terror aktını pisləyir və bildirir ki, ölən və yaralananlar arasında İran vətəndaşı yoxdur”, - səfirliyin “X” hesabında yayılan bəyanatda deyilir. 

23:54

İsrail qüvvələri Dəməşqin Mezza məhəlləsində yaşayış binasına hücum edib.

"Operativ Media" xəbər verir ki, bu barədə SANA dövlət agentliyi məlumat yayıb.

Məlumata görə, atəş nəticəsində ölənlər olub.

Daha sonra Əl Hadath telekanalı Dəməşqdəki mənbələrə istinadən xəbər verib ki, İsrail Hərbi Hava Qüvvələrinin Suriya paytaxtının qərbindəki Mezza məhəlləsində yaşayış binasını vurması nəticəsində azı 4 nəfər həlak olub.

Hücum İranın Suriyadakı səfirliyinə 1 km-dən az məsafədə yerləşən binaya düşüb.

Hadisənin baş verdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb, hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyir.

Suriya Müdafiə Nazirliyi İsrailin Dəməşqin Mezza məhəlləsində yaşayış binasına endirdiyi zərbələr nəticəsində 3 mülki şəxsin həlak olması və daha 3 nəfərin yaralanması barədə məlumat yayıb.

Suriya Xarici İşlər Nazirliyi İsrail qüvvələrinin ölkədə mülki insanlara qarşı hücumlarını pisləyib və BMT Təhlükəsizlik Şurasını yəhudi dövlətinə qarşı tədbir görməyə çağırıb.

Teqlər:

"S\u0259firlik: \u0130srailin D\u0259m\u0259\u015fq\u0259 h\u00fccumu zaman\u0131 \u0130ran v\u0259t\u0259nda\u015flar\u0131 x\u0259sar\u0259t almay\u0131b - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər