Menyu

ABŞ-də terror aktı törətmək niyyətində olan Əfqanıstan vətəndaşı saxlanılıb

Əziz Əzizli
ABŞ-də terror aktı törətmək niyyətində olan Əfqanıstan vətəndaşı saxlanılıb

ABŞ Federal Təhqiqat Bürosu Oklahoma ştatında noyabrın 5-də – seçkilər günü terror aktı törətmək niyyətində olan Əfqanıstan vətəndaşını saxlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 2021-ci ilin sentyabrında miqrasiya vizası ilə ABŞ-yə giriş edən 27 yaşlı Nəzir Əhməd Tauhidi İŞİD terror qruplaşmasına maddi yardım göstərməyə cəhd edib. O, odlu silahdan istifadə edərək ABŞ ərazisində terror aktı törətmək niyyətində olub.

Federal Təhqiqat Bürosunun (FTB) direktoru Kristofer Rey qeyd edib ki, Tauhidi terror aktını seçkilər günü törətməyi planlaşdırırdı.

Teqlər:

"AB\u015e-d\u0259 terror akt\u0131 t\u00f6r\u0259tm\u0259k niyy\u0259tind\u0259 olan \u018ffqan\u0131stan v\u0259t\u0259nda\u015f\u0131 saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər