10 Oktyabr 2022, 19:20
"Avtomobil Yollarının Mühafizə Xidməti” publik hüquqi şəxsə çevrilib
"Avtomobil Yollarının Mühafizə Xidməti” publik hüquqi şəxsə çevrilib şəkil
"Avtomobil Yollarının Mühafizə Xidməti” publik hüquqi şəxsə çevrilib

Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin fəaliyyətinin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

“Operativ Media” xəbər verir ki, fərmana əsasən, adı çəkilən şirkət publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilib.

Yeni qurum Agentliyin balansına verilmiş avtomobil yollarının, eləcə də körpülərin, tunellərin və digər yol qurğularının qorunmasını təşkil edir. Onun ləğvi və yenidən təşkili ilə bağlı təsisçinin səlahiyyətləri dövlət başçısına, “Publik hüquqi şəxslər haqqında” qanunda nəzərdə tutulmuş digər səlahiyyətlər isə Agentliyə həvalə edilib.

Xidmətin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaiti hesabına maliyyələşdirilir.

Fərmanla Nazirlər Kabinetinə Xidmətin nizamnaməsini, strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini 2 ay müddətdə təsdiq etmək, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.

Prezident İlham Əliyev həmçinin “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 19 dekabr 2017-ci il tarixli fərmanında dəyişiklik edib.

Dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, Agentliyin strukturuna publik hüquqi şəxslər daxil edilib.

Son xəbərlər
Paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib
Lavrov: Obamanın Trampın andiçməsindən əvvəl tətbiq etdiyi sanksiyalar qeyri-etik addım idi
İmişlidə xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib
Sabah yağış yağacaq, güclü külək əsəcək
200 min suriyalı qaçqın ölkəsinə qayıdıb
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
19 Yanvar 2025, 11:55
Azərbaycan PL: "Kəpəz" "Turan Tovuz"a, "Neftçi" "Sabah"a qarşı
Medvedyev: Bayden Rusiya ilə müharibəyə səbəb oldu