31 Oktyabr 2024, 07:15
Şopenin bəstəsi 200 ildən sonra tapıldı
Dünya şöhrətli Polşa bəstəkarı Frederik Şopenin təxminən 200 il əvvəl yazdığı vals Nyu Yorkdakı Morqan kitabxanası və muzeyinin anbarında aşkar edilib.
"Operativ Media" xəbər verir ki, 2024-cü ilin yazında kurator Robinson Makklellan Şopenin öz əli ilə adını yazdığı kağız parçası diqqətini çəkib.
McClellan qeyd edib ki, musiqi notlarını ilk görəndə onları tanıya bilməyib. Kağızın fotosunu çəkib evdə ifa etdikdən sonra da əsərin Şopenə aid olub-olmamasından əmin olmayan kurator qeydləri Polşa bəstəkarı üzrə ixtisaslaşan akademikə ötürüb və kağız və mürəkkəbi sınaqdan keçirib. Aparılan testlər nəticəsində əsərin Şopenə məxsus olması ilə bağlı qəti qənaətə gəlinib.