11 Oktyabr 2022, 13:39
Balaxanıda “Milli Ön” ödəmə terminalını oğurlayan şəxslər saxlanılıb
Balaxanıda “Milli Ön” ödəmə terminalını oğurlayan şəxslər saxlanılıb şəkil
Balaxanıda “Milli Ön” ödəmə terminalını oğurlayan şəxslər saxlanılıb

Sabunçu rayonu Balaxanı qəsəbəsində “Milli Ön” ödəmə terminalını oğurlayan şəxslər saxlanılıblar

Daxili İşlər Nazirliyindən "Operativ Media"ya verilən xəbərə görə, saxlanılan şəxslərin terminaldan oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsilə anbaan qeydə alınıb.

Sabunçu rayonu Balaxanı qəsəbəsində quraşdırılan içərisində 5405 manat olan “Milli Ön” ödəniş terminalı oğurlanıb. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Roman Abbasov və Saleh Nağızadə müəyyən olunaraq saxlanılıblar. Bu şəxslər aparatı oğurlayandan sonra Balaxanı qəsəbəsi ərazisində sındıraraq kassadakı pulları əldə ediblər.

Araşdırma zamanı müəyyən edilib ki, ödəniş terminalı həmin ərazidən Saleh Nağızadəyə məxsus avtomobillə aparılıb. Saxlanılan şəxslərin terminaldan oğurluq etməsi ərazidə quraşdırılan təhlükəsizlik kameraları vasitəsi ilə də anbaan qeydə alınıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət İşi başlanılıb, Hadisədə iştirak edən digər şəxslərin də saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Son xəbərlər
Netanyahu: Bir gün İran azad olacaq
"Qalatasaray" "Malmö" ilə heç-heçə etdi
Quterreş İsraili Suriyaya hücumları dayandırmağa çağırıb
Ərdoğan Blinkenlə görüşüb
Türkiyə və Ermənistan nümayəndələri görüş keçirib
"Qarabağ" - "Elfsborq" matçının start heyətləri açıqlandı
Blinken Ankaraya səfər edib - FOTO
Bakıda 3 gün kitab festivalı keçiriləcək