Menyu

Əli Əsədov Anqolanın vitse-prezidenti ilə görüşüb

Əli Əsədov Anqolanın vitse-prezidenti ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 11-də Anqola Respublikasının vitse-prezidenti Esperansa da Koşta ilə görüşüb.

Bu barədə "Operativ Media"ya Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un əhəmiyyəti vurğulanıb.

Azərbaycanın Afrika dövlətləri, o cümlədən Anqola ilə əlaqələrin inkişafına önəm verdiyi bildirilib.

Görüşdə Azərbaycan-Anqola ikitərəfli əməkdaşlığının qarşılıqlı maraq doğuran sahələrdə inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.

Teqlər:

"\u018fli \u018fs\u0259dov Anqolan\u0131n vitse-prezidenti il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"

Əlaqəli Xəbərlər