22 Noyabr 2024, 06:12
Britaniya hökuməti Netanyahu və Qalantı həbs etməyə hazırdır
Böyük Britaniyanın Leyboristlər hökuməti İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantı ölkəyə gəlsələr, onların həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin qərarını yerinə yetirməyə hazırdır.
Britaniya hökuməti Netanyahu və Qalantı həbs etməyə hazırdır şəkil
Britaniya hökuməti Netanyahu və Qalantı həbs etməyə hazırdır

"Operativ Media"xəbər verir ki, bu barədə “The Times”a Böyük Britaniyanın baş naziri Kir Starmerin ofisinin nümayəndəsi məlumat verib.

Qeyd olunub ki, Britaniya hökuməti qanuni öhdəliklərinə əməl edəcək.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi ibtidai araşdırmalar çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verib.

Məhkəmə əvvəl Böyük Britaniyanın sözügedən məsələ ilə bağlı BCM-in yurisdiksiyasına qarşı “amicus curiae” (“məhkəmə dostu”) ərizəsi təqdim etdikdən sonra Netanyahu və Qalantın həbsinə order verilməsi ilə bağlı qərarını təxirə salmışdı.

Son xəbərlər
Qaraçay çayı üzərində yeni körpü inşa edilir - VİDEO
13 May 2025, 13:18
UEFA Reytinqi: "Qarabağ" "Beşiktaş" və "Nyukasl"ı qabaqladı
Zəvvarları aldatmaqla 60 nəfərə qarşı dələduzluq edən şirkət rəhbəri həbs edilib
Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
Sumqayıtda "Bayraktar" PUA-ları istehsal ediləcək
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Müəllimlərin sertifikasiya imtahanı nə vaxt keçiriləcək?
AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub