Donald Tramp komandasında yeni təyinat edib

Əsəd Abbaslı
Donald Tramp komandasında yeni təyinat edib
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp andiçmə mərasimindən sonra kənd təsərrüfatı katibi vəzifəsinə Bruk Rollinsi təyin edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Tramp şəxsi sosial media hesabında məlumat yayıb.

Bruk Rollins yeni hökumətdə kənd təsərrüfatı, qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, həmçinin ərzaq ticarəti kimi sahələrə cavabdeh olacaq.

Rollins Trampın əvvəlki prezidentlik dövründə Daxili Siyasət Şurasına rəhbərlik edib və bu sahədə geniş təcrübəyə malikdir.

Bu təyinat Trampın ikinci prezidentliyi dövründə administrasiyasını formalaşdırmağa davam etdiyini göstərir.

Digər xəbərlər