Rubio Qazaxıstanın XİN rəhbəri ilə müzakirə aparıb
ABŞ Dövlət katibi Marko Rubio Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu ilə ikitərəfli iqtisadi əməkdaşlığın və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsini müzakirə edib.
Operativ Media xəbər verir ki, Rubio bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Onun sözlərinə görə, görüş zamanı tərəflər əməkdaşlığın daha da inkişaf etdirilməsinə sadiqliklərini təsdiqləyiblər: "Mən Qazaxıstanın xarici işlər nazirinə Prezident Donald Trampın sülh ilə bağlı təşəbbüslərini, o cümlədən "İbrahim Sazişləri"ni qətiyyətlə dəstəklədiyinə görə təşəkkür etdim. Biz "C5+1" diplomatik platformasında qarşılıqlı əlaqələrimizin davam etdiriləcəyinə ümid edirik".
Met with Kazakh Foreign Minister @MBTileuberdi and reaffirmed our commitment to expand bilateral economic and security cooperation.
— Secretary Marco Rubio (@SecRubio) October 19, 2026
I thanked the Foreign Minister for Kazakhstan’s strong support of President Trump’s peace initiatives, including the Abraham Accords.
We look… pic.twitter.com/s5wiwO6675