Menyu

Moskvanın mərkəzində atışma olub

Əsəd Abbaslı
Moskvanın mərkəzində atışma olub

"Operativ Media" xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.

“Hadisə Moskvanın mərkəzində, Bolşaya Nikitskaya küçəsində yerləşən kafenin yaxınlığında baş verib”, - deyə agentliyin həmsöhbəti bildirib.

Qeyd edək ki, bundan əvvəl polis sərxoş halda Moskva yaxınlığındakı Puşkində evlərin birində mənzilin pəncərəsindən avtomatdan atəş açan iki nəfəri saxlayıb.

Hüquq-mühafizə orqanlarına Prosveşeniya küçəsində atəş açıldığı barədə məlumat daxil olub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə baxış zamanı AK markalı avtomata bənzər əşya və 9 ədəd giliz aşkar edilərək götürülüb.

Faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.

Teqlər:

"Moskvan\u0131n m\u0259rk\u0259zind\u0259 at\u0131\u015fma olub"

Əlaqəli Xəbərlər