Menyu

ISESCO Şuşadakı irsin qiymətləndirilməsi üçün geniş heyətlə işə başlayıb

ISESCO Şuşadakı irsin qiymətləndirilməsi üçün geniş heyətlə işə başlayıb

"Operativ Media" xəbər verir ki, mədəni irsin bərpası və qorunması mövzusuna həsr olunan panelin moderatoru Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov olub.

Paneldə Qərbi Azərbaycanda ermənilərin məhv etdiyi abidələrlə yanaşı, 30 illik işğal dövründə Qarabağda vandalizmə məruz qalan mədəni irs nümunələrindən bəhs edilib.

ISESCO-nun İnsan və Sosial Elmlər Sektorunun Rəhbəri Ramata Almamy Mbaye çıxışında qeyd edib ki, İSESCO Şuşadakı irsin qiymətləndirilməsi üçün geniş heyətlə işə başlayıb. O, həmçinin Azərbaycanda keçirilən COP29-da ISESCO-nun bu istiqamətdə çıxışlar etdiyini vurğulayıb. Ədalətin bərpa edilməsi naminə bu addımın zəruri olduğunu vurğulayan sektor rəhbəri çıxışının sonunda Qərbi Azərbaycan İcmasının fəaliyyətinə uğurlar arzu edib.

ABŞ prezidentinin İncəsənət üzrə Məsləhət Komitəsinin üzvü, professor Şahid Əhməd Xan, Avropa İnkişaf və Tədqiqat Akademiyasının müəllimi dr. Aişa Başa, Haşimi Universitetinin Kraliça Rania adına İrs fakültəsinin professoru Mohammed Vahib Hüseyn və Buxarest Bələdiyyəsi, Böyükşəhər Kitabxanası, nadir kolleksiyalar şöbəsinin kuratoru Nikoleta Zaqura da mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər