13 Dekabr 2024, 12:40
Diplomatik xidmət orqanı əməkdaşlarına şamil olunan məhdudiyyətlər məlum olub
Diplomatik xidmət orqanı əməkdaşlarına şamil olunan məhdudiyyətlər müəyyənləşir.
Diplomatik xidmət orqanı əməkdaşlarına şamil olunan məhdudiyyətlər məlum olub şəkil
Diplomatik xidmət orqanı əməkdaşlarına şamil olunan məhdudiyyətlər məlum olub

"Operativ Media" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, diplomatik xidmət orqanı əməkdaşlarının aşağıdakıları etməsinə məhdudiyyət qoyulur:

- Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərinə xələl gətirə biləcək hərəkət və davranışlara yol verməsinə;

- tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməsinə;

- diplomatik xidmətinə xitam verildikdən sonra normativ hüquqi aktlarla müəyyən edilmiş müddət ərzində öz xidməti fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməsinə;

- xidmət keçdiyi dövrdə siyasi partiyalara üzv olmasına, eləcə də siyasi partiyaların və dini qurumların fəaliyyətində iştirak etməsinə;

- əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulan qaydada müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi halları istisna olmaqla) seçkili və ya təyinatlı vəzifə tutmasına;

- xidmət keçdiyi diplomatik xidmət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji fəaliyyətlə məşğul olmasına;

- dövlət orqanının (qurumunun) və ya yerli özünüidarəetmə orqanının işləri üzrə üçüncü şəxslərin nümayəndəsi (təmsilçisi) olmasına;

- xarici dövlətin vətəndaşlığının, xarici dövlətdə müvəqqəti və ya daimi yaşamaq hüququ verən icazənin (sənədin) əldə edilməsi üçün müraciət etməsinə (xidməti fəaliyyətlə əlaqədar qeydiyyat (akkreditasiya) istisna olmaqla);

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya xidmət keçdiyi diplomatik xidmət orqanı rəhbərinin icazəsi olmadan xarici dövlətin və ya beynəlxalq təşkilatın vəsaiti, eləcə də digər xarici mənbələr hesabına səfərlərə getməsinə və tədbirlərdə iştirak etməsinə.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Son xəbərlər
Rubio və Netanyahu Suriya məsələsini müzakirə ediblər
Azərbaycanlı alpinist qadın Everest dağına qalxaraq tarixə düşüb
Antalyada Türkiyə, ABŞ və Suriya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib - YENİLƏNİB
Rusiyaya qarşı yeni sanksiyalar paketi mayın 20-də qüvvəyə minəcək
Dünya çempionatlarında Azərbaycan cüdoçularının çıxışına ümumi baxış - 27 medal, 18 idmançı
“Avroviziya 2025” mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb - CANLI
15 May 2025, 23:20
Rusiya qoşunlarına yeni komandan təyin edilib - YENİLƏNİB
Hakan Fidan Rusiya nümayəndə heyəti ilə görüşüb