DİM: Yanvarın 29-da magistraturaya sınaq imtahanı keçiriləcək

Nərmin Qocamanlı
DİM: Yanvarın 29-da magistraturaya sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-cü il 29 yanvar tarixində ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Məlumata görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 4 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 566 nəfər qeydiyyatdan keçib.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. İmtahanda iştirak edəcək bakalavrların nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45-də başa çatacaq.

İmtahanların idarə olunması üçün 8 imtahan rəhbəri və 56 zal nəzarətçisi ayrılıb.

Digər xəbərlər