26 Yanvar 2023, 12:19
Hərbi qulluqçular arasında daşqaldırma birinciliyi keçirilib
Hərbi qulluqçular arasında daşqaldırma birinciliyi keçirilib şəkil
Hərbi qulluqçular arasında daşqaldırma birinciliyi keçirilib

 

Müdafiə nazirinin Azərbaycan Ordusunda idman yarışlarının keçirilməsi barədə əmrinə əsasən, Quru Qoşunlarının 2023-cü il hazırlıq planına uyğun olaraq daşqaldırma birinciliyi keçirilib.

MN-dən "Operativ Media"ya verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Birinciliyə start verilməmişdən öncə hərbi qulluqçulara yarışın məqsədi və təhlükəsizlik qaydaları çatdırılıb. Birdən və təkanla qaldırma üzrə 43 nəfər hərbi qulluqçunun iştirak etdiyi yarışlarda 8 komanda üzrə 6 çəki dərəcəsində mübarizə aparılıb. Daşqaldırma birinciliyində iştirak edən “Kəlbəcər”, “Hadrut” və “Bərdə” komandaları ümumi nəticələrə müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərdə qərarlaşıblar.

Yarışların sonunda qaliblərə fəxri fərman, diplom və kuboklar təqdim edilib, xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, qaliblər cari ilin fevral ayında Azərbaycan Ordusu üzrə keçiriləcək daşqaldırma birinciliyində güclərini sınayacaqlar.

Son xəbərlər
BDYPİ sürücülərə müraciət edib
Təlim-metodiki toplanış keçirilib
Sabah yağış yağacaq - PROQNOZ
DİN: 41 min dollarlıq dələduzluq edən şəxslər saxlanılıb
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir
Ötən il əmək müqavilələrinin sayı artıb
FHN internat tipli ümumtəhsil məktəbində təlim keçirib
XİN: İranda bir sıra din xadimlərinin Azərbaycan əleyhinə fəaliyyətdə iştirakı qəbuledilməzdir