Menyu

AQTA: İstehlaka yararsız qida məhsulları məhv edilib

Nərmin Qocamanlı
AQTA:  İstehlaka yararsız qida məhsulları məhv edilib
1 dəq oxu

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.

AQTA-dan "Operativ Media"ya verilən məlumata görə, “AZ FP CO LTD” MMC-nin müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş 73 adda 13,1 ton müxtəlif növ süd məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Əlaqəli Xəbərlər