http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

2022-ci ildə “Kənddən şəhərə” yarmarkalarında 1 400-dək fermer məhsulunu satışa çıxarıb

26 Yanvar 2023 , 15:22
2022-ci ildə “Kənddən şəhərə” yarmarkalarında 1 400-dək fermer məhsulunu satışa çıxarıb

2022-ci ildə Bakı və Abşeronda təşkil olunan “Kənddən şəhərə” həftəsonu yarmarkalarında 48 rayondan 1384 fermer öz məhsulunu satışa çıxarıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, yarmarkalarda fermerlər tərəfindən alıcılara 100-dən artıq çeşiddə kənd təsərrüfatı məhsulu təqdim olunub.

Bildirilib ki, yarmarkaların təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və şəhər sakinlərinin kənd təsərrüfarı məhsullarına olan tələbatını daha dolğun təmin etməkdir.

“Kənddən şəhərə” yarmarkasında Elekron Kənd Təsərrüfatı İnformasiya Sistemində şəxsi kabineti olan, fəaliyyət növünə uyğun olaraq dövlətdən subsidiya alan fermerlər iştirak edirlər. Yarmarkada iştirak etmək istəyən fermerlər əvvəlcədən qeydiyyatdan keçir, şəxsi məlumatlarını, satmaq istədiyi məhsul barədə qeydləri sistemə daxil edirlər. Fermerin müraciəti əsasında ona öz məhsulunu yarmarkaya gətirmək üçün nəqliyyat vasitəsi ayrılır, məhsulun satış nöqtəsinə ödənişsiz çatdırılması təmin edilir.

Qeyd olunub ki, yarmarkada iştirak edən fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və.s) təmin olunurlar.

OXŞAR XƏBƏRLƏR
Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək

Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

XƏBƏR LENTİ
  • 09:00

    Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
Menyu