Tanınmış marketoloq restoranını satışa çıxarıb

Redaksiya
Tanınmış marketoloq restoranını satışa çıxarıb

Məşhur marketoloq Pərviz Əzimov özünə məxsus “Qabırğa” restoranını satışa çıxardığını açıqlayıb.


“Operativ Media” xəbər verir ki, bu barədə Pərviz Əzimov sosial media hesabında paylaşım edib. O restoran üçün zaman ayıra bilmədiyini bildirib. “Son zamanlar işlərimin çoxluğu ucbatından Qabırğa Restoranına zaman ayıra bilmirəm. İstənilən biznes kimi, Restoran sahəsi də daimi diqqət tələb edir. Bu səbəbdən Qabırğa biznesini satıram. Aylıq qazancla işləyən, daimi müştəriləri olan reatorandır.

Hazırda 7 kabineti(Özüm tikmişəm kabinetləri), 50 nəfərlik zalı, 5 masanın rahat yerləşdiyi yay üçün həyəti var. Əlavə olaraq ehtiyyatda 4 kabinet var ki, işə salınması üçün çox kiçik təmirə ehtiyacı var. Restoranda bütün avadanlıqlar var, bütün kabinetlər kondisioner və istilik ilə təmin olunub. Maraqlı şəxslər mənə yaza və ya zəng edə bilərlər. Bütün maliyyə hesabatlarını göstərə bilərəm. Tel: 0552052945”. - deyə Pərviz Əzimov bildirib.

Qeyd edək ki, Pərviz Əzimov “Rəqəmsal Marketinq Bələdçi” kitabının müəllifidir və Azərbaycanın tanınmış marketoloqudur.

Digər xəbərlər