Menyu

Polis İsmayıllıda qanunsuz saxlanılan silahları müsadirə edib

Redaksiya
Polis İsmayıllıda qanunsuz saxlanılan silahları müsadirə edib


İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatla bağlı keçirilən əməliyyatlar nəticəsində rayon sakinlərindən müxtəlif markalı ov tüfəngləri aşkarlanaraq götürülüb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması, daşınması və satılması hallarının qarşısının alınması məqsədilə son iki gün ərzində keçirilən tədbirlər zamanı rayon sakinləri – Asiman Gərayev, Fazil İsayev, Natiq Hüseynov və Tural İbrahimovdan qanunsuz olaraq saxladıqları ümumilikdə 4 ədəd “İJ”, eləcə də “Toz” markalı ov tüfəngi aşkarlanıb.


Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.


Qeyd edək ki, yanvar ayı ərzində isə rayon polis şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri tədbirlərlə müvafiq sənədləri olmayan ümumilikdə 5 tüfəng vətəndaşlardan aşkar edilərək götürülüb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər