Menyu

Bu il meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib

Bu il meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib

Bu ilin ötən dövrü ərzində meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib.

Bu barədə Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, növbəti meşəbərpa tədbirləri bu gün Sabirabad, Şəki, Qəbələ, Tovuz, Şamaxı, Ağcabədi rayonlarının meşə fondu torpaqlarında aparılıb.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə gün ərzində sözügedən rayonların meşə fondu torpaqlarında 6660 ədəd müxtəlif növ ağac tingi əkilib:

"Bu ilin ötən dövrü ərzində Şəki, Qəbələ, Quba, Tovuz, Bərdə, Şamaxı, Şabran, Ağcabədi, Sabirabad, Masallı və Lənkəran rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində 100 mindən çox ağac tingi əkilib, 5 tondan çox toxum səpilib".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər