Menyu

Bərdədə qanunsuz silah saxlayan şəxs saxlanılıb

Nərmin Qocamanlı
Bərdədə qanunsuz silah saxlayan şəxs saxlanılıb
1 dəq oxu

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq silah əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Aftandil Axundov saxlanılaraq şöbəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd "Naqan" tipli revolver və həmin silaha məxsus 5 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Fotogalereya

Əlaqəli Xəbərlər