http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

2022-ci ildə 224 prokurorluq işçisi barəsində həvəsləndirmə tədbiri tətbiq edilib

27 Yanvar 2023 , 11:23
2022-ci ildə 224 prokurorluq işçisi barəsində həvəsləndirmə tədbiri tətbiq edilib

2022-ci ildə 224 prokurorluq işçisi barəsində həvəsləndirmə tədbiri tətbiq edilib

"Operativ Media" xəbər verir ki, bu barədə bugün Baş Prokurorluğun Geniş Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev bildirib.

2022-ci ildə aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 33 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib. Onlardan 2 nəfər prokurorluq orqanlarından xaric edilmiş, 8 nəfər vəzifədən azad olunmuşdur. Aparılmış xidməti araşdırmalarla aşkar edilmiş faktlar əsasında 2 prokurorluq işçisi barəsində cinayət işi başlanıb.

Bundan başqa, kadr məsələlərinə toxunan Baş prokuror 2022-ci ildə şəffaf prosedurlar əsasında həyata keçirilmiş müsabiqə nəticəsində 83 nəfərin işə qəbul edildiyini, 224 prokurorluq işçisi barəsində həvəsləndirmə tədbirinin tətbiq edildiyini vurğulanıb. 

Həmçinin gənc kadrların beynəlxalq sahədə təcrübə qazanmaları məqsədilə ötən il ərzində Avropa Şurasının İnsan hüquqları və qanunun aliliyi Baş Direktoratlığı, Avropa İnsan Hüquqları Məhkəməsi və Beynəlxalq Prokurorlar Assosiasiyasının hər birinə 1 prokurorluq işçisi ezam olunmuş, həmçinin 3 nəfər hazırda Beynəlxalq Antikorrupsiya Akademiyasında magistr pilləsi üzrə qiyabi təhsil almaqla 2 nəfər isə həmin təhsil ocağının yay kurslarında iştirak edib.

OXŞAR XƏBƏRLƏR
Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu