http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

AQTA: 6 süd məhsulu istehsalı müəssisəsinin fəaliyyəti dayandırılıb

27 Yanvar 2023 , 11:56
AQTA: 6 süd məhsulu istehsalı müəssisəsinin fəaliyyəti dayandırılıb

Ölkədə istehsal olunan və respublikaya idxal edilən süd və süd məhsulları ilə bağlı mütəmadi olaraq həyata keçirilən yoxlama-nəzarət tədbirləri zamanı bu sahədə həm məhsulların təhlükəsizlik göstəricilərində, həm də etiket məlumatları ilə bağlı bir sıra uyğunsuzluqlar aşkar edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Məlumata görə, yoxlamalar çərçivəsində süd və süd məhsullarından ümumillikdə 32 nümunə götürülüb və müayinə məqsədilə AQTİ-nin müvafiq laboratoriyasına təqdim olunub.

Sınaq nəticəsinə əsasən, 2 nümunədə turşululuq göstəricisi, 1 nümunənin tərkibində isə Enterobakter bakteriyasının miqdarı normadan artıq müəyyən edilib, 6 nümunənin tərkibində E.coli aşkarlanıb. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 6 müəssisədə istehsalın dayandırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub. Bundan əlavə, Rusiya Federasiyasına süd məhsullarını ixrac edən müəssisələrdə həmin ölkənin aidiyyəti qurumundan daxil olmuş müvafiq bildirişlərə əsasən, aparılmış qiymətləndirmə zamanı bir sıra nöqsanlar aşkar edilib.

Eləcə də Agentlik tərəfindən Multimonitorinq Planının icrası məqsədilə ölkə ərazisində fəaliyyət göstərən ticarət obyektlərində satışı həyata keçirilən süd məhsullarından 85 yerli istehsal, 24 idxal edilmiş məhsul olmaqla, ümumillikdə 109 nümunə götürülərək müayinə məqsədilə AQTİ-nin müvafiq laboratoriyasına təqdim edilib. Sınaq nəticəsinə əsasən, 10 pendir, 3 xama və 4 kəsmik nümunəsində mikrobioloji göstəricilərdən E.coli, 1 pendir nümunəsində Stafilokok bakteriyası, 1 kəsmik nümunəsində həm E.coli, həm də tərkibində etiket məlumatlarında bəyan edilməyən fitosterin, 1 xama nümunəsində tərkibində etiket məlumatlarında bəyan olunmayan fitosterin aşkarlanıb.

Aşkar olunmuş uyğunsuzluqlarla əlaqədar həmin müəssisələrdə plandankənar yoxlama çərçivəsində qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Eyni zamanda vurğulanıb ki, Multimonitorinq Planı çərçivəsində götürülmüş nümunələrin etiket məlumatları təhlil edilib və 8 məhsulun üzərində tərkibində yalnız “süd yağı əvəzedicisi” və ya “bitki yağı” kimi qeydlərin olması müşahidə edilib.

Bununla əlaqədar, “Qida təhlükəsizliyi haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunların tələblərinə uyğun olaraq, süd məhsulları istehsal edən müəssisələrin rəhbərlərinə, eləcə də istehlakçıların aldadılmasına gətirib çıxaran halların qarşısının alınması məqsədilə ticarət şəbəkələrinin rəhbərləri ilə bağlı müvafiq tədbirlər görülüb.

Qeyd olunub ki, məhsulun tərkibi qablaşdırmanın üzərindəki etiket məlumatlarında aydın göstərilməlidir. Məhsulun tərkibi ilə qablaşdırmanın üzərindəki etiket məlumatları arasında uyğunsuzluqlarla bağlı analoji hal ötən dövr ərzində enerji içkilərində də aşkarlanıb və bununla əlaqədar qanunvericiliyə uyğun tədbirlər görülüb. Əldə olunan bu müsbət təcrübə süd və süd məhsulları sahəsində də həyata keçiriləcək.

OXŞAR XƏBƏRLƏR
Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu