Menyu

Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki mövqeləri atəşə tutulub

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 

Belə ki, yanvarın 5-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bildiririk ki, son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi bir neçə dəfə atəşə tutub və bütün bu hallar aidiyyəti üzrə qeydiyyata alınıb.

Teqlər:

"Az\u0259rbaycan Ordusunun La\u00e7\u0131n rayonu istiqam\u0259tind\u0259ki m\u00f6vqel\u0259ri at\u0259\u015f\u0259 tutulub"

Əlaqəli Xəbərlər